backend

Nurlana Əliyeva: “Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti cənab Prezident İlham Əliyevi dəstəkləyir”

Nurlana Əliyeva: “Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti cənab Prezident İlham Əliyevi dəstəkləyir”

Müsahibimiz Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qadınlar Şurasının sədri, Professor Nurlana Əliyevadır.

-Nurlana xanım, YAP sədri cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyi yenidən irəli sürüldü...

Bəli, partiyanın bu qərarı ümumilikdə Azərbaycan xalqının istək və arzularının bir ifadəsi idi. Çünki, cənab Prezident İlham Əliyev ölkə rəhbərlik etdiyi 15 ildə əldə olunan nəaliyyətlər çox böyükdür. Bu müddət ərzində ölkəmiz regionda və beynəlxalq arenada çox böyük nüfuz qazanıb. Eyni zamanda qeyd olunmalıdır ki, prezident İlham Əliyev ulu öndər Heydər Əliyev strategiyasını, Onun diplomatiyasını, müəyyənləşdirdiyi siyasi kursu daha da möhkəmləndirib, müasirləşdirib, modernləşdirib. Ümumilikdə cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycanın qızıl dövrüdür.

-YAP-ın qadınlar şurasının seçkiyə hazırlıq işləri hansı səviyyədə həyata keçirilir?

-YAP seçkiyə hazırlığı təkcə seçki dönəmində həyata keçirmir. YAP seçkilər, seçkilərə hazırlıq, seçkilərdən sonrakı dövr və bu dövrün təhlili, ümumilikdə bu yöndə olan məsələləri fəaliyyətinin əsas xüsusiyyəti, özünün gündəlik işi kimi qəbul edir. Seçki ili olduqda isə bizim bu işlər daha konkret məcaraya yönəlir və daha da konkretləşdiririk. YAP-ın özünün seçki texnologiyası mövcuddur. Çox mütərəqqi və eyni zamanda seçki qanunlarını özündə ehtiva edən seçki texnologiyası seçkidən-seçkiyə daha da formalaşır, yeniləşir. Məhz bunun nəticəsidir ki, YAP-ın seçki ilə bağlı problemi yoxdur. Həm texniki həm də ideoloji baxımdan işlər əvvəlcədən çox yüksək səviyyədə qurulur. Partiyanın Mərkəzi Aparatının, Icra Katibliyinin mütəmadi olaraq yığıncaqları keçirilir, yerlərə tapşırıqlar verilir.

-Nurlana xanım, hakim partiya olaraq ölkədə keçirilən seçki proseslərində yüksək seçici dəstəyi qazanıb. Qarşıdakı seçkidə prosesində də bu ardıcıllığı qorumaq mümkün olacaq?


-YAP ölkənin ictimi-siyasi həyata daxil olduğu dövrdən birmənalı şəkildə cəmiyyətin ona qarşı böyük dəstəyi mövcuddur. Bu da onunla əlaqəlidir ki, YAP xalqın istək və arzularının tərənnümçüsü olaraq yaranıb və fəaliyyətinin bütün istiqamətlərini də milli maraqlar müstəvisində qurub. Eyni zamanda YAP tərəfindən irəli sürülən namizəd də xalqın maraqlarının tərənnümçüsü olaraq və birmənalı şəkildə xalqın öz istəyi ilə seçkiyə qatılır. Bu da təbii olaraq YAP-ın namizədinin seçkidə yüksək dəstək əldə etməsini şərtləndirir. Çünki rəli sürdüyümüz namizəd xalqın namizədi olur, xalqın dəstəyini qazanır və fəaliyyəti nəticəsində hər bir azərbaycanlı onun diqqət və qayğısını özündə, ailəsinə görür. Eyni zamanda YAP olaraq biz öz məsuliyyətimizi dərk edirik. Seçkidə qalib gəliriksə bu bizim üzərimizə əlavə məsuliyyət qoyur. Biz hansı məsuliyyəti daşıdığımızı dərk edirik.