ABŞ-da 1200 uçuş ləğv edilib — Son 3 ilin ən böyük qar fırtınası
529
Güclü qar fırtınası ABŞ-da həyatı iflic edib. AZTB.info “CNN”ə istinadən xəbər verir ki, ABŞ-ın Midwest bölgəsində güclü qar və külək Detroyt, Çikaqo, Toronto, Klivlend şəhərlərində məktəblərin bağlanmasına səbəb olub.
Ölkə üzrə 1200-dən çox uçuş ləğv edilib. Mütəxəssislər bildirib ki, bölgədə qarın qalınığı hər bir saata 3 sm artır. Bu, Çikaqoda son 3 ildə yaşanan ən böyük qar fırtınası hesab edilir.