backend

Ərdoğanı qoruyan polislər qəzaya uğradılar: 6 ölü, 30 yaralı - FOTO

Ərdoğanı qoruyan polislər qəzaya uğradılar: 6 ölü, 30 yaralı - FOTO






















Hadisə yerinə xeyli sayda təcili yardım avtomobili cəlb olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Gümüşhanə səfərində müşayiət etdikdən sonra geriyə, Malatyaya qayıdan polislərin olduğu avtobus gecə saat 01:30 radələrində ölkənin Sivas vilayətinin Qızıldağ məntəqəsində yoldan çıxaraq aşıb.

qaynarxett.az xəbər verir ki, qəza nəticəsində 6 polis həlak olub, 30 polis yaralanıb. Yaralılar dərhal hadisə yerinə cəlb olunmuş təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Bölgənin valisi Alim Barutun Anadolu Ajansına (AA) bildirdiyinə görə, avtobusda 42 nəfər olub.

“Mənə gələn ilk məlumata görə, 3 nəfər şəhid oldu, 8-9-u ağır olmaqla, 17 nəfər yaralımız var”.

Bildirilir ki, qəzaya yolun buz bağlaması səbəb olub.

Ərdoğanı qoruyan polislər qəzaya uğradılar: 6 ölü, 30 yaralı - FOTO

Ərdoğanı qoruyan polislər qəzaya uğradılar: 6 ölü, 30 yaralı - FOTO