backend

8 yaşlı uşaq Qarabağın işğalına etiraz etdi - Ailəlikcə Astarxandan deportasiya edildi - VİDEO-FOTO

8 yaşlı uşaq Qarabağın işğalına etiraz etdi - Ailəlikcə Astarxandan deportasiya edildi - VİDEO-FOTO

8 yaşlı uşaq Qarabağın işğalına etiraz etdi - Ailəlikcə Astarxandan deportasiya edildi - VİDEO-FOTO

Ucar rayonu Bərgüşad kənd sakini Həsənov Mehdi Mais oğlu Avrasiya.net-ə maraqlı bir məktub yazıb.

Yazır ki, 13.07. 2009-cu il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olub: "İki yaşım olanda valideyinlərim Astarxana köçüb orada işləyirdilər. 1-ci sinifə orada getmişəm. Mən Qarabağın işğalına etiraz olaraq rus dilində video müraciətlərimi çəkib youtub.com-da paylaşdığım üçün bizi ailəliklə Astarxandan Azərbaycana deportasiya etdilər. Hazırda Ucar rayonunun Dədə Qorqud küçəsində kirayədə yaşayırıq. Xocalı soyqırımının 26-cı il dönümü münasibəti ilə rus dilində etdiyim video müraciətimi saytınızda dərc etməyi xahiş edirəm. Mən gələcəkdə zabit olacam. Arzum budur tezliklə torpaqlarımızı düşməndən azad edək. Allah şəhidlərimizə rəhmət eləsin".

Balamızın internetdə yerləşdirdiyi Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinə etdiyi müraciəti sizə təqdim edirik.