backend

Son dəqiqə!!! İRAN QARIŞIR - Azərbaycan İran sərhədində 24 saatlıq iş rejiminə keçir...

Son dəqiqə!!! İRAN QARIŞIR - Azərbaycan İran sərhədində 24 saatlıq iş rejiminə keçir...

Hurriyyet.org xəbər verir ki, İran Araşdırmaları Mərkəzinin (İRAM) daxili siyasət üzrə mütəxəssis Mehmet Koç İranda cidanın artıq cuvalda gizlənə bilməyəcək hala gəldiyini bildirərək deyib: “Dini və ənənəvi dəyərlər üzərində qurulan dövlət özü islahat aparmasa, dövlət və millət arasında toqquşma getdikcə kəskinləşəcəkdir”.

Tehranda Qonabadi təriqətinin müridləri ilə asayiş qüvvələri arasında baş verən gərginliyi “Anadolu Agentliyi”nı izah edən Koç İranın yeni ictimai və siyasi böhranlarla qarşılaşacağını deyib.

Koç İrandakı dini dövlətin mədəni və təhsil siyasətlərinin bacarıqsızlığının xalq arasında təriqətlərə meylliliyini artırdığını qeyd edib.
Son dəqiqə!!! İRAN QARIŞIR - Azərbaycan İran sərhədində 24 saatlıq iş rejiminə keçir...
İranda dövlət ilə millət arasındakı məsafənin getdikcə böyüdüldüyünü söyləyən Koç deyib: “Bu vəziyyət sabah başqa ictimai və siyasi böhranları da özü ilə birlikdə gətirəcək. İran cəmiyyəti və dövləti buna doğru getməkdədir. 10 ildən bir qarşı-qarşıya gələn, 1999, 2009 və 2018-ci illərin hadisələrinin göstərdiyi kimi dövlət hər an ictimai hadisələrlə üzləşir. İranda olan hadisələr təkcə İranı deyil, bütün bölgəni öz təsiri altına alır. Belə bir ölkənin daxili qarışarsa, istər-istəməz bölgədəki bütün tarazlıqlar pozular”.
Azərbaycan-İran sərhədində yaranan mövsümi növbələrin aradan qaldırılması üçün təkliflər hazırlanıb.

Qaynarxett.az xəbər verir ki, bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitənin sədri Aydın Əliyevbildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı razılıq əldə olunub. “İran tərəfi 24 saatlıq iş rejiminə keçməklə bağlı öz təklifini bildirib. Biz də müraciət etmişik ki, Gömrük Komitəsinə müvafiq kadr sahəsində, bu istiqamətdə kadrların artırılması istiqamətində köməklik lazımdır,” – deyə A. Əliyev qeyd edib.

Komitə sədri bununla bağlı hökumət və maliyyə nazirliyinə təkliflərin verildiyini də bildirib: “Bununla bağlı müəyyən təşkilati işlər də var. Mənə elə gəlir ki, 24 saatlıq iş rejiminə keçəndən sonra bu tıxaclar aradan qaldırılacaq”. /apa/

qaynarxett.az