backend

DƏHŞƏTLİ FACİƏ: "Son dəfə iki gün əvvəl..." - Narkoloji dispanserdəki xəstələrin yaxınları (VİDEO)

DƏHŞƏTLİ FACİƏ: "Son dəfə iki gün əvvəl..." - Narkoloji dispanserdəki xəstələrin yaxınları (VİDEO)

Xəbər verdiyimiz kimi, Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə yanğın baş verib. Rəsmi məlumata görə, yanğında 24 nəfər həlak olub.

Unikal.org hafta.az-a istinadən xəbər verir ki, hadisə yerində xəstələrin yaxınları toplaşıb.

Onlardan Qənirə İsmayılova adlı xanım oğlunun həmin xəstəxanada müalicə aldığını deyib:

"Oğlum İsmayıl İsmayılov ikinci korpusda müalicə alırdı. Son dəfə iki gün əvvəl danışmışdıq. Corab, alt paltarları istəmişdi. İndi məlumatım yoxdur ondan. Ölüb, yoxsa sağ qalması haqqında məlumat vermirlər. Nigaranam. Bir az əvvəl xəbər tutmuşam. Qardaşım oğlu zəng vurub ikinci korpusda yanğın olduğunu dedi. Qaça-qaça gəldim. Fevral ayından yanan ikinci korpusda müalicə alırdı".