backend

Afrində tarixi qələbə: - Raco azad edildi

Afrində tarixi qələbə: - Raco azad edildi
















Afrinin Raco bölgəsi YPG-PYD terrorçularından azad edilib.

Axar.az xəbər verir ki, bu barədə əməliyyatlarda türk ordusu ilə birgə iştirak edən ASO-nun sosial şəbəkə hesablarında məlumat yer alıb.

TSQ-nın Baş Qərargahından isə Raconun azad edilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, türk ordusu Afrində yanvarın 20-dən etibarən “Zeytun budağı” əməliyyatını keçirir.