Dərsdən qayıdan iki məktəblini maşın vurdu — Birinin vəziyyəti ağırdır
619
Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub. AZTB.info "Report"a istinadən xəbər verir ki, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.
Dərsdən evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.