backend

GƏNCƏDƏ Yusif Yusibov - Elmar Vəliyev qarşıdurması PİK HƏDDƏ

GƏNCƏDƏ  Yusif Yusibov - Elmar Vəliyev qarşıdurması PİK HƏDDƏ

Son günlər Gəncə Dövlət Universitetində yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur.


Son günlır Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı kampaniya apardığına dair iddialar gündəmə gəlib. Qaynarxett.az xəbər verir ki, artıq bunu təsdiqləyəcək bir neçə dəlil də ortaya çıxıb.

Verilən məlumata görə, Yusif Yusibov onun haqqında mətbuatda çıxan məlumatların Elmar Vəliyev tərəfindən ötürüldüyündən şübhələnib. Daha sonra ətrafındakı adamları onu daha da qızışdıraraq, Gəncənin icra başçısının onunla yanaşı, həm də Maliyyə Nazirliyinin xidmət rəisi Cavanşir Yusifovla da düşmənçilik edərək, onları nüfuzdan salmağa çalışdığına inandırıblar.

GDU-nun rektoru bu deyilənlərdən sonra Elmar Vəliyevlə üz-üzə gəlmədən, ona qarşı «mübarizə»yə başlayır. Və qısa müddətdə Elmar Vəliyevin əleyhinə ölkənin nüfuzlu sayt və qəzetlərində yazəlar dərc etdirir. Hətta iş o yerə çatır ki, rektor Gəncənin icra başçısının özü ilə yanaşı, oğlu ilə də bağlı məlumatların dövriyyəyə buraxılmasına yardımçı olur. Vəziyyətdən xəbərdar olan Elmar Vəliyevin uzun müddətdir susqun dayanmasının səbəbi məlum deyil. Ehtimal olunur ki, Vəliyev hücum ərəfəsindədir və onun atacağı addım Yusif Yusibovun karyerasının sonunu gətirəcək.

Bu əsnada, GDU-da çox qəribə hadisələrin də baş verdiyi vurğulanır. Daxil olan məlumatlari araşdirib oxucularımıza təqdim edəcəyik.

Tərəfləri də dinləməyə hazırıq.[/h6]
Qaynarxett.az