backend

Ölümsüzlüyün sirrini tapan azərbaycanlı alim danışdı - VİDEO

Ölümsüzlüyün sirrini tapan azərbaycanlı alim danışdı - VİDEO






















“İnsanın sağlam və uzun ömür sürməsi üçün onun hər gün iki litr su içməsi lazımdır”.

Rusiyada azərbaycanlı alimin unikal kəşf edib. Cavanlığın sirrini tapdığı bildirilən bu azərbaycanlı elm adamının kəşfi böyük marağa səbəb olub.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, Domodedovo şəhəri yaxınlığındakı Avdotino kəndində yaşayan azərbaycanlı biofizik Eldar Qasımov elmdə inqilabi kəşf etdiyini iddia edir. Alim kəşfi ilə insan ömrünü uzatmağa və insanın daim cavan saxlamasına nail olmağa çalışır. Hüceyrədə əsas enerji mənbəyi olan ATF-in əmələ gəlmə prosesinin elmə məlum olduğu formada deyil, fərqli şəkildə baş verdiyini deyən Eldar Qasımovun sözlərinə görə, məhz onun kəşf elədiyi prosesi tətbiq edərək gələcəkdə insan orqanizmində yaranan müxtəlif xəstəliklərin dərmanının tapılması yolunda irəliləyiş əldə etmək mümkündür.

“Bir çox xəstəliklər və insan ömrüylə bağlı problemlər hələ də həll edilməyib. Bunun səbəbi isə bizim bioenerjini doğru bilməməyimizdən qaynaqlanır. Biz vücudumuzdakı enerji dövranını bilmirik. Araşdırmamızın da əsas məgsədi vücudumuzdakı enerjinin meydana gəlməsi ilə sərf edilməsi arasındakı münasibətlər mexanizmasının ortaya çıxarılması olub”, deyə alim bildirir.

Ölümsüzlük həbi olmadığını deyən azərbaycanlı alim ancaq ömrün uzaması üçün bunlara diqqət edilməsini tövsiyə edir:

“İnsanın sağlam və uzun ömür sürməsi üçün onun hər gün iki litr su içməsi lazımdır. İkincisi, insan vücudu kifayet qədər dincəlməlidir. İmmun sistemini gorumaq üçün hər bir insanın sutka ərzində 8 saat yatması şərtdir. Bunu həkimlər də deyirler. 30 yaşından sonra isə hər bir insan argeninlə zəngin olan qidalar yeməlidir. ən önəmlisi isə sağlam yaşamaq üçün insan hər gün hərəkət etməlidir. Bunun norması isə gündə 10 km-dir”.

Hazırda Nyu york akademiyasının həqiqi üzvü olan Eldar Qasımov 1977-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. Daha sonra təhsilini Leninqrad Dövlət Universitetində davam etdirən azərbaycanlı elm xadimi uzun illərdir ki, Rusiyanın qabaqcıl elm müəssisəlrində fəaliyyət göstərir. 60-dan çox elmi kitabın müəllifi olan Eldar Qasımov kəşfini patentləşdirməyi düşünür.