WhatsApp rəhbərliyi sosial mesajlaşma şəbəkəsinin biznes-istifadəçiləri üçün yeni funksiya barədə məlumat verib. Bundan sonra WhatsApp Business istifadəçiləri üçün pullu mesaj xidməti işə düşəcək.
Messencer biznes-istifadəçilərdən müştərilərə reklam və servis məlumatları göndərmək üçün pul alacaq. Şirkətin məlumatında deyilir: “Bəzi ismarıcların göndərilməsi pullu olacaq. Beləcə, şirkət hansı mesajları göndərib-göndərməyəcəyinə qərar verəcək. Sizin söhbət pəncərənizdə isə qarışıqlıq olmayacaq. Bundan sonra sizin ismarıclar şifrə ilə qorunacaq. Bir düyməni basmaqla istənilən şirkəti bloka ata bilərsiniz”.