backend

Xəsarət alan azarkeşin atası: “Qarabağ” canımızdır!

Xəsarət alan azarkeşin atası: “Qarabağ” canımızdır!






















“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov azarkeşə baş çəkib.

Ötən gün Bakıda keçirilən “Qarabağ” - “Dnepr” oyunu zamanı xəsarət alan gəncin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində xəsarət alan Samir Miriyev adlı gəncə baş çəkib.

N.İbrahimov hadisədən sonra təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılan gəncin səhhəti ilə maraqlandığını bildirib: “Xəstəxanadayam. Allaha çox şükür ki, azarkeşimizin həyati təhlükəsi yoxdur. Samirin atasının ““Qarabağ” canımızdır” deməsi tüklərimi biz-biz etdi”.

Bundan başqa, klubun mətbuat katibi yaralı gəncin bu gün əməliyyat olunacağını da qeyd edib.