backend

REKLAMIN TƏRS ÜZÜ : “Kontakt Home” zay məhsulunu “sırımaq” üçün müştəri axtarır...

REKLAMIN TƏRS ÜZÜ :  “Kontakt Home” zay məhsulunu “sırımaq”  üçün müştəri axtarır...














Son dövrlər gözümüzü və qulağımızı yağır etmiş, “aldadıcı” reklamlardan biri də “Kontakt Home” kimi tanınan mağazalar şəbəkəsinindir. İstər bu, istərsə də digər bu kimi reklam roliklərinə mən heç müstəqilliyimizin ilk illərində vətəndaşlarımızın bir çoxunun var-yoxunu əlindən almış banklar şəbəkəsi dövründə belə inanmamışam. Hər dəfə də haqlı olduğumu, bu reklamların “eybəcərliyi” ortaya çıxanda bir daha təsdiqləmişəm. Amma nədənsə bu dəfə məni ətrafım bu reklamların əsirinə çevirdilər. Qaynarxett.az-a müraciət edən jurnalist E. Comərdov yazır:

''İlk dəfə “Kontakt Home”-dan televizor və divan-kreslo götürdüm. Həmin məqamda qarşılaşdığım anlar mənə əsas verirdi ki, bir daha aldanmayım. Əfsuslar olsun ki, uşaqların telefon istəyi məni yenidən “Kontakt Home”a çəib gətirdi... Növbənöv müxtəlif marka və qiymətlərə baxıb, istəyimizi reallaşdırmaq üçün “zay mal sığırmağı bacaran” mağazanın satıcı-mütəxəssisinə müraciət etdim. Bütün etik-davranışları özündə cəmləşdirən satıcı-mütəxəssis başıma bu gün “oyunlar açan” telefon “X-max”-ı göstərib, edilə biləcək əməliyyatları izah edib malı götürməyə razılaşdırdı. Nəvəm yerində olan, mədəni davranan bu satıcı mütəxəssisin “zay məhsulu mənə sırıyacağına” belə inanmadım. Kağızları yazıb malın kodunu kağızın üstünə yapışdırıb məni sənədləşdirmə aparmaq üçün kredit şöbəsinə yola saldı. Bir nemə dəqiqə olardı ki, kredit şöbəsində oturub növbəmi gözləyirdim ki, həmin satıcı-mütəxəssis təngənəfəs gəlib bildirdi ki, yazdığım sənədi mənə ver. Həmin kağızı həmin satıcı-mütəxəssisə uzadıb soruşdum – “nə olub ki?”. Həmin satıcı bildirdi ki, bəs həmin mal artıq satılıb, sizə həmin malın başqasını verirəm. Düzü gülmək məni tutdu. Yadıma televizor götürəndə də bu hal ilə rastlaşdığım və həmin zaman quraşdırdığım lətifəyə bənzər danışdığım hadisə düşdü. Satıcıya gülərək dedim – necə olur televizor alanda da bu halla rastlaşdım, indi də. Deyəsən, əlim yüngüldü...? Bunu problem etməyib telefonu kredit şərti ilə sənədləşdirib götürdüm. Özü də həmin mal sırımaq üzrə satıcı mütəxəssisin bəh-bəhlə təriflədiyi “Qızıl zəmanət”lə. Sənədləşmə gedəndə ilkin qiymətin aylıq ödənişi ilə, “Qızıl zəmanət”lə ödəmə arasındakı fərq məni narahat etsə də, mal sırımaq üzrə satıcı-mütəxəssisin bəzi şirnikləndirici təklifləri fikrimdən daşındırdı. Telefonu sənədləşdirib, “Qızıl zəmanət”lə götürdüm.

Telefonu götürəndəntəxminən bir həftə sonra telefonun “Sensor” hissəsi “dondu”. İşimin çoxluğu ilə əlaqədar telefonu mağazaya gətirə bilmədim. 3 gün keçmiş nəvəm bildirdi ki, telefonu düzəltdim. Soruşdum necə...? İzah etdi, başa düşdüm ki, telefonun batareyası enerjidən qurtardıqdan sonra sönür, onu yenidən enerji ilə yükləyirsən bu zaman telefon əsas işləmə vəziyyətinə gəlir. Bu hadisədən bir neçə gün sonra yenə telefonun “Sensor”u donur. Uşaq əsəbi şəkildə telefonu stolun üstünə zərblə atır ki, bizim iş yoldaşımızın biri də bundan götürübmüş, bu cür problem yaşadığından aparıb telefonu geri qaytarıb, başqa markadan götürüb. Mən Sizə dedim ki, qaytaraq. Telefon stolun üstünə uşaq tərəfindən zərblə atıldığı kimi stolun o biri başından yerə düşüb ekranın şüşəsi çatladı. Həm donma, həm də ekranın çatlaması məni telefon götürdüyüm filialı yaxınlaşmağa məcbur etdi. Axı əlimdə “Qızıl zəmanət” də var idi. Mənə mağazada bildirdilər ki, bəs Sizin “Qızıl zəmanət” odur ki, təmir üçün “Nizami” metrostansiyasından bir az aşağıda yerləşən “Servis xidməti”nə aparıb düzəltdirə bilərsiniz. Mən etirazımı bildirdim ki, mən bu malı rahatlığımı təmin etmək üçün almışam. Daha qapılar gəzib təmir etdirmək üçün yox. Mağaza rəsmiləri “daş atıb başlarını tutub” təlimata, qanuna əsaslanıb əllərindən başqa şey gəlmədiyini nəzərimə çatdırdılar. Telefonu deyilən “servis”ə aparıb bütün problemlərini deyib düzəltdirmək üçün verdim. Düzü həmin “Servis”dən mənə hələlik istifadə üçün telefon verdilər. Fikrimdən keçirdim ki, bəlkə o telefonu qoyum qalsın “servis”də, bu telefonu əvəzinə götürüm. Bir neçə gündən sonra “Servis”dən zəng edib telefonu təmir etdiklərini və gəlib götürə biləcəyimi bildirdilər. Gedib telefonu ayın 30 iyunda götürdüm. 06 iyulda artıq telefonun “sensor”u yenə dondu. Bu dəfə mağazaya müraciət edəndə yenə “gözümə “Qızıl zəmanət”i soxdular”. Başa düşdüm ki, “Kontakt Home” həm də Qızıl zəmanətlə qızıl-qırmızı müştərini aldadır.

Bundan sonra filialın müdirinin məsləhəti ilə baş idarə deyilən ünvana getdim. Yenə məni səmimi qarşılayıb burda da “Qızıl zəmanət”imi xatırladıb təmir etdirməyimi məsləhət bildilər. Həm də izah etdilər ki, “servis”in rəyi olsa bi telefonu dəyişib başqasını verə bilərik. Belə olanda mən onlardan soruşmaq məcburiyyətində qaldım ki, mən bəyəm “servis”in təklifi, göstərişi ilə gəlib telefon almışdım ki, indi onların rəyi ilə dəyişdirim...?

Sualların qarşısında aciz qalsalar da mən bu telefonun yarada biləcəyi son problemlərinə qədər getməyi qərarlaşdırdım. Problemlər şöbəsinə getdim. Məni dinləyib bildirdilər ki, yenə Sizin “Qızıl zəmanətiniz” var.

Mən məcbur olub telefonu baş idarə deyilən ünvana gedib, əvvəl söhbət etdiyim şəxslə söhbət edib, telefonu onların “üstünə atıb” gedəcəyimi söyləyəndə, həmin şəxs mənə bildirdi ki, mən özüm də filialı müdiriyəm. Telefonu bura niyə qoyub gedirsən. Apar götürdüyün yerə qoy get da. Bunların münasibətindən anladım ki, bunlar reklamları ilə zay məhsullarını sırımağa müştəri axtarırlar. Düzü telefon götürüləndə mənə müqavilə imzalatsalar da müqavilənin bir nüsxəsini verməyi unutmuşdular. Yalnız mənə indi bəh-bəhlə gözümə soxulan “Qızıl zəmanət” talonu və bir də ödəniş cədvəlin vermişdilər. İstər “Qızıl Zəmanət”lərində, istər ödəniş cədvəllərində bir-birini inkar edən bəndlər, məni köhnə müqaviləyə baxmağı məcbur etdi. Orada göstərilir ki, götürülən malın pulu müştəri tərəfindən ödənilənəcən mal istifadə üçün müştəriyə verilir. Əgər ödəniş olmasa mağazanın malın geri ala bilər. Deməli başlığa çıxartdığım başlıq və yarımbaşlıq həqiqəti ortaya çıxarır. Mən internetin imkanlarından istifadə edib. “Feysbuk” səhifəsində problemlərim barədə ismarıc yazıb göndərdim. Mənimlə əlaqə saxlananda bir daha “Qızıl zəmanət”in var, təmir etdirməlisən. İndi mən “Qızıl Zəmanət” var deyib bu “şikəst”i ömrümün axırınacan gəzdirməliyəm...?

Bu nə məntiq, bu nə düşüncə, bu qanunları kimə görə qəbul ediblər..?

Kimlər himayə edir...? Tanıdığım kimlər, “Kontakt Home”un bu cür problemləriylə üzləşib.

Bütün bunlar və danışıqlar zamanı bu problemlərdən alacağım “ləzzət” barədə gələn yazılarımda...''


Qaynarxett.az