backend

Erməni helikopterinin vurulmasından sonra cəbhədə son vəziyyət - RƏSMİ

Erməni helikopterinin vurulmasından sonra cəbhədə son vəziyyət - RƏSMİ






















Nazirlik məlumat yayıb.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarcalı, Kəngərli, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, dünən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi helikopter Azərbaycanın mövqelərinə hücuma cəhd edib. Azərbaycan hərbçiləri cavab atəşi ilə düşmən helikopterini məhv ediblər.