backend

Adnan Oktar türmədəki adamlarının hesabına pul köçürdür – SƏBƏB

Adnan Oktar türmədəki adamlarının hesabına pul köçürdür – SƏBƏB














“Beş uşağı və bir nəvəsi Oktar əməliyyatı zamanı həbs olunan Semin Babuna, 12 il sonra türmədə görüşdüyü iki qızının “Ana, bizi sən şikayət etdin” deyə onu ittiham etdiyini dedi. Semin Babuna isə qızlarının bu ittihamları qarşısında “Xeyr, qızım, mən əsla sizdən şikayətçi olmadım. Mən sadəcə başınızdakı adamdan, Adnan Oktardan şikayətçi oldum” deyib.

Musavat.com Türkiyə mediasına istinadən Adnan Oktarla bağlı keçirilən əməliyyatın ardınca baş verən bəzi detallardan yazır. Əməliyyat zamanı Adnan Oktar və 167 nəfər həbs edilmişdi. Həbs edilənlər arasında professor Cavad Babuna və Semin Babunanın beş uşağı və bir nəvəsi də vardı. 75 yaşlı Semin Babuna israrlı müraciətlərdən sonra üç qızı ilə 12 il sonra türmədə görüşüb.

“Övladlarımla illər sonra qucaqlaşdım” deyən Semin Babuna qızlarının ona “Ana, sən bu işi gördün, bizi sən şikayət etdirib, içəri atdırdın” dediklərini, onun usə cavabında “Mən sadəcə sizin başınızda dayanan adamdan şikayətçi oldum” dediyini bildirib. Semin Babuna, beş uşağı və bir nəvəsinin türmədəki hesablarına Adnan Oktar qruplaşması üzvləri və vəkilləri tərəfindən pul köçürüldüyü və bu şəxsləri bir-bir müəyyən edərək, İstanbul Maliyyə Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinə şikayət etdiyini deyib.

Xatırladaq ki, Türkiyə professor Cavad Babuna və həyat yoldaşı Semin Babunanı Adnan Oktarın müridi olan, dördü qız, biri oğlan 5 uşaqları və nəvələri üçün verdikləri mübarizə ilə tanıyıb. Professor doktor Cavad Babuna keçən il dünyasını dəyişib. Vəfat elanında uşaqlarının adı olmayıb. Semin Babuna isə Adnan Oktar qrupuna yönəlmiş əməliyyat sonrası 25 illik mücadiləsində yeni bir səhifə açıb. Semin Babuna ilk olaraq uşaqlarını türmədə görə bilmək üçün addım atıb. Amma ilk ziyarətində uşaqları və nəvəsi onunla görüşməyi qəbul etməyib. Semin Babuna yorulmadan uşaqlarını görmə israrını davam edib və ən son türməyə görüşə getdiyi zaman iki qızı anaları ilə görüşməyə razılaşıb. 12 il sonra iki qızı ilə türmədə qucaqlaşan Semin Babuna mediaya açıqlamasında bildirib ki, uşaqlarına və nəvəsinə hələ Adnan Oktar qrupu tərəfindən xaricdən müdaxilə edilir. Hazırda ən böyük şükür səbəbinin övladlarının Adnan Oktarla eyni dam altında olmaması olduğunu deyən ana Semin Babuna Türkiyənin “Milliyyet” qəzetinə aşağıdakıları bildirib:

“ONLARA DEDİM Kİ, ETİRAFÇI OLSUNLAR”

“Hazırda sadəcə iki övladım mənimlə görüşməyi qəbul etdi. Bu belə mənim üçün böyük bir xoşbəxtlikdir. Övladlarımla illər sonra qucaqlaşdım. Qarşılıqlı oturdum, əllərini sıxa bildim. Hətta “Gəl, əlimi öp” deyə bildim. Yol yaxınkən etirafçı olmalarını söylədim. Bu adamın (Adnan Oktar) əslində necə bir pislik olduğunu onlara anlatdım, amma qəbul etmirlər. Bütün bunların iftira olduğunu deyirlər. Adnan Oktarın etdiyi əxlaqsızlıqlar barədə onlara danışdım, amma heç birinə qəbul etdirə bilmədim. Mənə “Ana, bu işi sən gördün. Bizi sən şikayət edib içəri atdırdın” deyirlər. Mən də ?Qızım, mən sizdən şikayətçi olmadım, sadəcə başınızdakı adamdan şikayətçi oldum” dedim. Tez-tez “şikayətinizi geri çəkin” deyirlər. Əslində görüşdüyüm iki qızım da hər şeyin çox fərqindədir. Bunları hiss edə bildim, amma qəbul etmələri zaman alacaq. Tək təmənnim, çox keçmədən digər uşaqlarımla da görüşə bilməkdir”.

GERİ GÖNDƏRDİLƏR

“Görüşdüyüm qızlarımın türmədəki bütün şəxsi ehtiyaclarını da A-dan Z-yə özüm həll etdim. Bank hesablarına da bəlli miqdarda pul köçürdüm. Qaldıqları yerdə soyuducu, televizor və su isidici kimi ehtiyacları varmış, bunları da aldım. Keçən günlərdən birində altı övladıma nəvəm Emre ilə birlikdə Quran kitabı göndərdim. Üçü qəbul etdi, amma digər üçü geri göndərdi”.

Adnan Oktar türmədəki adamlarının hesabına pul köçürdür – SƏBƏB


“ADNAN OKTAR PİS İLAN HİDRA KİMİDİR”

Adnan Oktarı Yunan mifologiyasının pis ilanı Hidraya bənzədən Semin Babuna sözlərinə belə davam edib: “Ən böyük qorxum bu adamın bayırdakı adamlarının uşaqlarıma müdaxiləsini davam etməsidir. Çünki bu adamı çox yaxşı tanıyıram. Nağıllardakı doqquz başlı canavar kimidir. Gördüyü tək iş pislik etməkdir. Bütün başlarını kəsdim deyərkən yeni bir baş çıxır. Ağlı sadəcə pisliklərə işləyir. Ona görə də indilik ən böyük şükür səbəbim uşaqlarımın bu adamla eyni dam altında olmamasıdır. Adam içəri girdi, amma hələ də qurtula bilmədik”.

“QAÇANLAR, MƏHBUSLAR ÜÇÜN PUL KÖÇÜRÜR”

Semin Babuna, “Adnan Oktarın təşkilatındakı Tarkan Yavaş, Cihat Gündoğdu, Uğur Örmen, Metin Güçyetmez və Seral Köprülü kimi bəzi qaçaqlar hələ yaxalanmayıb. Bu insanlar, həbsdə olanlara vəkil göndərirlər. Bununla yanaşı, bank hesablarına da pullar köçürülüb. Birinci dərəcəli yaxınları olduğum üçün övladlarımıa kimin pul göndərdiyi və hesablarında nə qədər pul olduğunu öyrənə bildim. Tuğba xaricində hamısının hesabında 1000-1500 TL pul vardı. Sadəcə, Tuğbanın hesabında pul yox idi. Tək-tək uşaqlarımın bank hesablarına kimlərin pul göndərdiyini və övladlarımla hansı vəkillərin görüşdüyünü müəyyən etdim. Edanın hesabına Raif Ergin adlı təşkilat üzvü və vəkil Hakan Arslan pul köçürüb. Bu vəkil eyni zamanda Ceydanın hesabına da pul köçürüb və Ceydaya paltar da göndərib. Keçən dəfə görüşə getdiyimi zaman da iki vəkillə qarşılaşdıq. Bu vəkillər içəridəki bütün qadınların adlarını bir-bir yazmışdılar və hamısı ilə də görüşmüşdülər. Adlarının Yağmur ve Rıdvan olduğunu, vəkil Arzu Gülün bürosuna bağlı olduğunu öyrəndik. Arzu Gül 2009-cü ildə Adnan Oktar yenə qruplaşma lideri olduğu ittihamı ilə həbs olunanda onun vəkilliyini edirdi. Arzu Gülün bürosundakı vəkil Pınar və Rıdvan ?çalışdığımız hüquq bürosu ilə Erdem Rahvancı anlaşdı və bizi o göndərdi” deyiblər. Erdem Rahvancı da qaçaq təşkilat üzvüdür. Buradan onu anlayıram ki, bunlar həbsdə olan qrup üzvlərinin etirafçı olmamaları üçün çalışırlar və onları təqib edirlər. İçəridəkilərin danışmasını əsla istəmirlər. Bu saydığım şəxslər xaricində vəkil Humeyra Nur Yazıcı və vəkil Ali Bahadır Çakmak da Ebru ilə görüşə gedib. Mən də müəyyən etdiyim bütün bu şəxslər haqqında İstanbul Emniyyet Müdürlüyü Maliyyə Şöbə Müdirliyinə şikayət etdim. Uşaqlarım üçün əlimdən gələn qədər hər şeyi sonuna qədər edəcəyəm” deyib.