backend

GÖY MƏSCID YUSIF BƏKIROVA QƏNIM OLACAQ

GÖY MƏSCID YUSIF BƏKIROVA QƏNIM OLACAQ


















Ucarın maliyyə rəisi çapıb taladığı vəsaitləri hara xərcləyir

Ucar rayon maliyyə idarəsinin fəaliyyətində baş alıb gedən qanunsuzluqlar barədə məlumatlar redaksiyamıza yetişəndə ilk əvvəl onları dəqiqləşdirmək üçün araşdırmalar aparmağa başladıq. Bir çox mənbələrdən həmin məlumatların təsdiqini tapsaq da, münasibətini bildirmək üçün idarənin rəisi Yusif Bəkirova tribuna təklif etməyi qərara aldıq.
Araşdırmağı aparmaq tapşırığı alan xanım əməkdaşımız bu məqsədlə Yusif Bəkirova zəng açmış və bəzi suallara cavab verməsini xahiş etmişdir. İdarə rəisi bunun telefon söhbəti olmadığını, görüşlərin vacibliyini bildirmişdir. Əməkdaşımız Ucara ezamiyyət götürəcəyini deyəndə Yusif bəy «centlmenlik» edərək, «yox xanım, Siz zəhmət çəkməyin, ezamiyyət də xərc tələb edir, bir-iki günə Bakıya gələcəyəm, özüm Sizi tapıb müsahibə verərəm» — deyib.
Doğrudan da, vəd etdiyi vaxt Y.Bəkirov əməkdaşımıza telefonla Bakıda olduğunu bildirib və Göy Məscidin yaxınlığında görüş təyin edib. Əməkdaşımız Göy Məscidin Maliyyə Nazirliyinin lap qonşuluğunda olduğunu bildiyindən Bəkirovun bu təklifində qeyri-adi heç nə sezməyib. Lakin görüşən vaxt Yusif bəyin saxta centlmenliyinin arxasında gizlənən çirkin niyyəti üzə çıxıb. Bəkirov xanım əməkdaşın verdiyi ciddi suallara cavab vermək əvəzinə ona daha sakit məkanda, komfortlu ev şəraitində söhbəti davam etdirməyin lazımlığını bildirib. Əməkdaşımız bu sözlərdə əxlaqsız təklifin əlamətlərini hiss etdiyindən müsahibə almaq fikrindən daşınmaq məcburiyyətində qalıb.
Təbii ki, Yusif Bəkirovun Göy Məsciddə yayılan azan sədalarından utanmayaraq etdiyi bu nalayiq hərəkətinin hüquqi qiymət alması üçün əlimizdən gələni edəcəyik, bu, ayrıca söhbətin mövzusudur. Lakin bu hadisə həm də Yusif Bəkirovun barəsində gəzən sərt tənqidi fikirlərin haqlı olduğu qənaəti yaradır. Məntiqə görə asan yolla çox pul qazanan, haram gəlir əldə edən, vəzifəsindən sui-istifadə edərək, dövlət mənafeyinə deyil, şəxsi maraqlarını təmin edən şəxslər belə özündən müştəbeh olur, hərəkətlərinə sərhəd qoymur. Elə şorgözlük, zinakarlıq, eyş-şirətə meyillilik də belə haram qazancdan qaynaqlanır.
Yusif Bəkirovun bu qeyri-konstruktiv (yumşaq ifadədir — müəllif) mövqeyinə görə yalnız özümüz topladığımız məlumatlarla kifayətlənməli olduq. Bu isə o deməkdir ki, baş verə biləcək hər hansı yanlışlığa görə məsuliyyət məhz onun üzərinə düşür. Həmin məlumatlara görə Yusif Bəkirov korrupsiyaya qurşanıb. Bildirilir ki, Ucar rayonu üzrə həm gəlir, həm xərc üzrə proqnozu kəsirlə yerinə yetirilir. Xərclərin icrası zamanı vəsaitlərin birinci növbədə müdafiə olunan xərc maddələrinə yönəldilməsinin vacibliyi nəzərə alınmır. Rayonda uçot işləri məlumata uyğun qurulmayıb. Milli mühasibat uçotu standartlarında edilən dəyişikliklər hesab planında yeniliklər, məlumatlar, maliyyə idarəsi tərəfindən büdcə təşkilatlarına, onların münasibətlərinə çatdırılmır ki, məlumatsızlıq səbəbindən səhvlərə, maliyyə pozuntularına yol versinlər. Bütün bunlar təftiş və yoxlamalarda aşkar edilsə də, sonradan aradan qaldırılır. Belə çıxır ki, maliyyə rəisi ilə təşkilat rəhbərləri «dil tapıb» razılığa gəlirlər. O da bildirilir ki, rayonda vəsaitlərin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilmir, təyinatı üzrə səmərəli xərclənməsi təmin olunmur.
İnanırıq ki, hörmətli maliyyə naziri cənab Samir Şərifov Ucar rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədov axtarsalar və istəyində olsalar Yusif Bəkirovu əvəzləyəcək kadr tapa bilərlər. (dəryaz)