backend

«Aztelekom»da müdhiş maliyyə fırıldaqları

«Aztelekom»da müdhiş maliyyə fırıldaqları



















YAP MNTK–nın sədri milyonları hara və ya kimlərə xərcləyib?

Redaksiyamıza Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun rəhbərlik etdiyi rabitə müəssisəsində hakim Yeni Azərbaycan Partiyasının Mərkəzi Nəzarət – Təftiş Komissiyasının (MNTK) sədri postunun arxasında gizlənərək, ciddi maliyyə fırıldaqlarına yol verməsi haqda müdhiş məlumatlar daxil olub.

Çətin vəziyyətlərdə YAP-a sığınan M.Məmmədov 4 may 2004-cü il tarixdən etibarən «Aztelekom” İB-nin baş direktoru vəzifəsinə təyn edilib.

O, bu vəzifəyə qədər Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru olub.

Hazırda «Aztelekom” İB-nin baş direktoru vəzifəsini icra etməklə yanaşı, YAP MNTK-nın sədri olan Məhəmməd Məmmədovun illik gəliri 150 milyon manata yaxın olan müəssisədə dövriyyədən hər il milyonlarla manat vəsaiti təiynatından yayındırdığı bildirilir.

Mia.az xəbər verir ki, yayındırılan vəsaitləri təmsil olduğu partiyanın tanınmış üzvlərinin sosial təminatına yönəltdiyini iddia edən baş direktorun maliyyə fırıldaqları bunlarla da yekunlaşmır. O, hakim partiyanın bəzi funksionerləri və deputatlarının nəqliyyatla təminatını və onların digər xərclərini də öz öhdəsinə götürüb: «Əgər elə YAP funksionerləri araşdırma aparsalar, görərlər ki, baş direktorun tanınmış YAP-çılar və elə onların özlərinin adıyla «sildiyi» vəsaitlərin məbləği heç də kiçik deyil. Maraqlı məqam odur ki, M.Məmmədov bir deputatın bahalı avtomobil, illik pulsuz yanacaq və digər xərclərinə 100 min manata yaxın pul xərclədiyini «qara mühasibatlıq»da qeyd etdirib. Halbuki, M.Məmmədovun özü də bilir ki, vəzifə səlahiyyətlərindən istifadə edərək, belə bir maliyyə fırıldağına əl atması cinayət xarakterlidir. O, heç bir halda dövlət vəsaitini istədiyi kimi istədiyi adama xərcləyə bilməz. Amma baş direktor «Aztelekom»un puluna sanki şəxsi vəsaiti kimi yanaşmaqda davam edir».

Mia.az bildirir ki, YAP MNTK-nın sədri kimi ölkənin bir çox tanınmış simalarına rəhbərlik etməsiylə xüsusi öyünən M.Məmmədov, həm vəzifəsini qorumaq, həm də nazirliyin strukturunun yenidən təkmilləşdirilməsiylə bağlı karyerasında yüksəliş əldə etmək üçün də bir sıra maraqlı planlar icra etməkdədir: «O, bu planında YAP-da eyni komissiyada təmsil olunduğu bir neçə yüksək vəzifə sahiblərinin himayəsinə də çox arxayındır. Ancaq illərdir pul xərclədiyi deputatlar və onların mənsub olduğu dairələrdən də ciddi dəstək alacağını güman edən M. Məmmədovun «Aztelekom” İstehsalat Birliyində çox iri məbləğli «əməliyyat”ları isə yüksəliş yolunu kəsə bilər».

Mia.az-a daxil olan məlumata görə, Məhəmməd Məmmədov 2012-ci ildən başlayaraq, elektron ATS-lər olan bütün kəndlərin optik kabel vasitəsilə transmissiyasının təşkilindən də böyük vəsaitlər əldə eləyib: «Onun «Aztelekom»un illik 150 milyon manatı aşan gəlirlərinin ölkə üzrə klassik telefondan multimedia xidmətlərinə keçid, genişzolaqlı internet xidmətləri, təmir-tikinti və digər investisiya xarakterli layihələr adıyla neçə faizini mənimsəməsini, heç şübhəsiz ki, peşəkar rabitəçilər əla bilirlər.

Bundan əlavə, «Aztelekom” İB-nin şəbəkəsində 500 mindən çox genişzolaqlı internet istifadəçilərinin başına hansı oyunlar açılması da, Məhəmməd Məmmədovun «sevdiyi oyunlar»dır».

Məhəmməd Məmmədovun təkcə Bakı şəhərində sahib olduğu daşınmaz əmlaklarla bağlı maraqlı məlumat verilib. Onun bağ evinin isə dəyərinin bir neçə milyon manatı aşdığı da sirr deyil.