backend

Fəzail Babayevin "aerobika" sevdası

Fəzail Babayevin "aerobika" sevdası






















Binəqədi bələdiyyəsi sədrinin adı yeni obyektin tikintisində hallanır

Bu günlərdə “Qulaqburması”na daxil olmuş bir məlumat diqqətimizi cəlb edib. Məlumatda bildirilir ki, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev mikrorayonlardan birində özünə şəxsi obyekt tikdirir. Fəzail müəllimin bu dar macalda belə əl-ayağa düşməsi təbii ki, maraq doğurmaya bilməzdi. Odur ki, düşdük xəbərin izinə və gedib bu hörmətli sədrin yeni öbyektinə mübarək demək istədik. Atüstü axtarışlardan sonra təəssüf ki, obyektin yerləşdiyi məkanı tapa bilmədik, yəni gördüm deyən olmadı. Elə bil obyektin özü ruha dönüb bizi qarabaqara izləyirdi, axtarma məni söyləyirdi. İnanmırsız? Mən də inanmırdım. Halbuki, əlimizdəki məlumatda Fəzail müəllimin obyekt tikdirməsi faktını təsdiqləyə biləcək nüanslar az deyildi. Məsələn, qeyd olunur ki, bələdiyyə sədri inşa etdirdiyi üçmərtəbəli binanın yuxarı mərtəbəsini gələcəkdə xanımların ixtiyarına verməyi, yəni aerobika klubu yaratmağı planlaşdırır. Qalan iki mərtəbədə hansı məşğuliyyət növünün yer alacağını deyə bilmərik. Lakin aerobika klubu yaratmaq vallah, xeyirxahlığa bənzər bir işdi. Bütün bunlar həqiqi mənada təqdir ediləsi addımlardı. Necə olmasa Fəzail Babayevin aldığı sədrlik möhləti ərzində seçilən ən ilginc informasiyadı bu, elə deyil? Burda bir qəribəlik də indan ibarətdi ki, bəs, ayə, necə olub ki, Fəzail müəllim Göradil, Fatmayı, Novxanıdakı sakit və xəlvəti bağ massivlərini qoyub şəhərin bu qələbəliyində aerobika sevdasına düşüb? Nə isə, biz kimik ki,mübarək deyənlərdənik dana...
Burda bir məqamı da unutmayaq ki, bələdiyyə seçkiləri yaxınlaşdıqca çox bələdiyyə sədrlərinin qarnının sancısı tutub. Hərəsi bir sür şəxsi imkan və bacarığını "xoda" salmağa başlayıb. Bu sözləri birdən çaşıb Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayaevə aid edərsiniz, kişinin yanında biabır olarıq, urvatdan düşərik ey...Elə bu düşüncə içində Binəqədi bələdiyyəsinin 562-85-16 telefon nömrəsini yığıb istədik ki, Fəzail müəllimin kefini soruşaq, lakin cavab verən olmadı...

P.S: Nə isə. Həmin obyektin axtarışındayıq, tapan kimi lentə alıb fotosunu sizlərə də təqdim edəcəyik. Mütləq!

Zakir Qiyasbəyli