backend

Prezident sərəncam imzaladı – Yeni təyinat

Prezident sərəncam imzaladı – Yeni təyinat














Prezident İlham Əliyev Tamerlan Elmar oğlu Qarayevin Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Lestedə, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Qarayev Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.