backend

Lukaşenkodan KTMT baş katibi ilə bağlı vacib tapşırıq

Lukaşenkodan KTMT baş katibi ilə bağlı vacib tapşırıq
Belarus prezidenti Aleksandr Lukaşenko hökumətə qısa müddətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin edilməsi ilə bağlı tapşırıq verib.

“RİA Novosti”nin məlumatına görə, bununla bağlı Belarus baş nazirinin müavini İqor Petrişenko məlumat verib.

Məlumatlara görə, Lukaşenko hökumətin bu gün keçirilən iclasında KTMT ilə bağlı vəziyyəti “qeyri-sağlam” adlandırıb və bildirib ki, bu vəziyyət, həmçinin, baş katib təyinatı ilə bağlıdır və həmin məsələ tezliklə həll edilməlidir.

“Biz bu məsələni prezidentlə görüşdə müzakirə etdik və konkret tapşırıqlar verildi. Bu istiqamətdə işləri davam etdirəcəyik ki, nəyahət, KTMT-yə baş katib təyin olunsun”, - Petrişenko deyib.

Xatırladaq ki, son vaxtlar Minsklə Yerevan arasında KTMT baş katibliyi ilə bağlı fikir ayrılığı ortaya çıxıb.

Bu, Ermənistanın KTMT-dəki nümayəndəsi, eləcə də, təşkilatın baş katibi Yuri Xaçaturovu geri çağırması ilə bağlı olub.

Belarus bu posta namizəd kimi Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zası təklif edib.