backend

Bakı sakinini “birtəhər baxdığı” üçün qanına qəltan etdilər - FOTO

Bakı sakinini “birtəhər baxdığı” üçün qanına qəltan etdilər - FOTO























Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar.

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı şəhər sakini, 17 yaşlı Cəlil Mahmudov Nərimanov parkı ərazisində bıçaqlanıb.

İşin istintaqını aparan müstəntiq Elnur Məmmədyarovun verdiyi məlumata görə, dörd nəfər naməlum şəxs Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıb. Parkdan bir qədər aralı Əhməd Rəcəbli, 4 ünvanına çatanda onlardan biri cibindən bıçaq çıxararaq qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar.

C.Mahmudov ətrafdakı insanlar tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayonu Polis İdarəsi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışlarını davam etdirir.
Bakı sakinini “birtəhər baxdığı” üçün qanına qəltan etdilər - FOTO