backend

Azərbaycanda ana doğuş zamanı ölüb – Araşdırma aparılır

Azərbaycanda ana doğuş zamanı ölüb – Araşdırma aparılır

Neftçalada ana ölümü baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü, Neftçala şəhər sakini Abdullayeva Gülnaz Elxan qızı doğuş üçün rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Doğuş zamanı ana dünyasını dəyişib, körpə isə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.