backend

Söyüşlü videoya görə “Space” səs rejissorunu işdən qovdu - Bəs söyüş söyən müğənnilər?

Söyüşlü videoya görə “Space” səs rejissorunu işdən qovdu - Bəs söyüş söyən müğənnilər?

Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub.

Qeyd edək ki, həmin videoda qeyri-etik ifadələri ilk olaraq işlədən müğənni Rəşad İlyasovun mikrofonun bağlı olduğu bildirilir. Belə ki, o, mikrofonunu işarə edəndən sonra manısın səsi efirə verilir. Ardınca isə onların həmin etik olmayan kəlimələri efirdə dilə gətirilir.

Qeyd edək ki, bu ilk belə hal deyil. Başqa vaxtı millətə mədəniyyətdən dərs verən müğənnilərin efirdə özlərini biabırçı şəkildə aparmaları, bəzilərinin artıq söyüş söyməyə başlaması, oxuduqları mahnının sözlərini dəyişərək, biabırçı ifadələr işlətmələri onların əslində hansı tərbiyəyə malik olduqlarını göstərir. Görünür, mikrafon hesabına toylarda qazandıqları havayı pullar bir qrup müğənnini elə harınladıb ki, efirdən millətə həqarət etməkdən çəkinmirlər. Nə qədər ki, bu manıslar efirlərdə başa keçiriləcək, belə də davam edəcək…