backend

“Biz türk dövlətlərinin düşmənlə əməkdaşlığına görə özümüzü qınamalıyıq, çünki...”

“Biz türk dövlətlərinin düşmənlə əməkdaşlığına görə özümüzü qınamalıyıq, çünki...”
“Biz türk dövlətlərinin düşmənlə əməkdaşlığına görə özümüzü qınamalıyıq, çünki...”
Zəlimxan Məmmədli: “Milli maraqlarımızı o qədər qabarıq ifadə etməliyik ki, onlar özləri gəlib bizim yanımızda dayanmalıdırlar”

Son vaxtlar Ermənistanın türk dövlətləri olan Qazaxıstan və Türkmənistanla iqtisadi əlaqələri genişləndirmək cəhdləri hiss edilir.

Qarabağın işğal altıdna olduğu bir zamanda türk dövlətlərinin təcavüzkar ölkə ilə iqtisadi əməkdaşlığı genişləndirməsi milli maraqlarımız baxımından nə dərəcədə arzuediləndir? Azərbaycan ən azından türk dövlətlərini Ermənistanla əməkdaşlıqdan çəkindirmək üçün hansısa addımlar atmalıdırmı?

Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli baş verənləri Azərbaycan hökumətinin qeyri-aktiv fəaliyyətinin nəticəsi kimi xarakterizə etdi:

“Təbii ki, milli məsələlərdə oldquca diqqətli olmaq lazımdır və bu, hər şeydən əvvəl Azərbaycan hökumətinin üzərinə düşür. Bu gün Qarabağ problemninin guya həlli ilə məşğul olan dövlətlər vaxtiylə bu problemi yaradan dövlətlərdir. Hansı ki, Minsk qrupuna daxil olan bu dövlətlərin problemin həlinə heç bir töhfə verməyəcəyi hər kəsə bəllidir. Bizim milli problemlərin həllini bu dövlətlərin ixtiyarına buraxmağımız yanlışdır.

Ermənistanın digər türk dövlətləri ilə əməkdaşlığına gəlincə, mən bu məsələdə həmin dövlələri deyil, yalnız özümüzü qınayıram. Çünki bizim milli siyasətimizi, milli maraqlarımızı o qədər qabarıq ifadə etməliyik ki, həımin türk dövlətlərinin özləri gəlib bizim yanımızda dayanmalıdırlar.

Bir sözlə, hesab edirəm ki, Ermənistanla türk dövlətləri arasındakı bu yaxınlaşma bizim qeyri-qənaətbəxş fəaliyyətimizdən xəbər verir”.