backend

“Azərkosmos” İsrail şirkəti ilə əməkdaşlığa başladı

“Azərkosmos” İsrail şirkəti ilə əməkdaşlığa başladı






















Müqavilə imzalanıb.

“Azərkosmos” ASC İsrailin “Gilat” şirkəti ilə müqavilə imzalayıb.

qaynarxett.az xəbər verir ki, sənədə “Azərkosmos” ASC-nin baş direktoru Rəşad Nəbiyev və “Gilat” şirkətinin baş direktoru Erez Antebi imza atıb.

Müqaviləyə əsasən, “Azərkosmos” İsrail şirkətinin təqdim etdiyi SkyEdge II-c multimodal platformasından istifadə edəcək.

Xatırladaq ki, SkyEdge II-c platforması peyk vasitəsi ilə genişzolaqlı rabitənin yaradılmasına hesablanıb.

“Biz şadıq ki, “Azerspace-1” peykinin müştəri bazası Avropa, Afrika, yaxın Şərq, Mərkəzi Asiya və Qafqazı əhatə edir. “Gilat” şirkətinin təqdim etdiyi SkyEdge II-c platformasını yüksək qiymətləndiririk. Bu platformanın köməyi ilə müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətini artırmağa nail olacağıq”, - deyə R. Nəbiyev bildirib.

E.Antebi isə “Azərkosmos” ASC ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.