backend

Yunis Səfərovla bağlı yeni qərar verildi



Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Yunis Səfərovun həbs müddəti gələn il fevralın 3-dək uzadılıb.