backend

İMİŞLIDƏ ŞOK OLAY - Payon hakimi Ülvi Qəmbərov ananı baladan ayırır...

İMİŞLIDƏ ŞOK OLAY - Payon hakimi Ülvi Qəmbərov ananı baladan ayırır...

İmişli rayonu Xoşcabanlı kənd sakini Hümbətova Yenigül Yusif qızı tərəfindən Qaynarxətt.az saytının elektron poctuna Müraciət daxil olmuşdur. Müraciətdə deyilir;
"Hörmətli redaksiya .
Mən Hümbətov Məhəmməd Məhərrəm oğlu ilə ailə həyatı qurmuşduq . Birgə nigahımızda 2 övladımız dünyaya gəldi . Buna baxmayaraq 2018-ci ildə məhkəmə qaydasında ayrılmalı olduq . Hal-hazırda azyaşlı 3 yaş həddində olan qızım himayəmdə olsa da, keçirilmiş məhkəmə prosesində digər 9 yaşlı övladım himayəmə verilməsi barədə məhkəmə qətnaməsi çıxarılsa da , təəssüflər olsun ki , İmişli rayon İcra və Propasiya şöbəsinin əməkdaşları övladımın mənə verilməsi barədə məhkəmə qətnaməsin icra etmirlər. Əldə etdiyim şifahi məlumatlara görə adı çəkilən şöbə əməkdaşlarının bu yöndə lazımı addımları atmamaları üçün məhkəmənin hakimi Ülvi Qəmbərov tərəfindən ciddi tapşırıq verilib . İndi sual oluna bilər ki , hakim Ülvi Qəmbərovun belə bir qanunsuzluq əməllərinə qol qoymasının arxasında nələr durur ? Axı hər bir hakim ədaləti qorumalı , qanunun ali mövqeyinin təyin edilməsi yönündə addımını atmalıdır . Adı çəkilən hakimin bu cür qanunsuzluq əməli Azərbaycanın məhkəmə sisteminə üzqaralığı gətirən haldır . Ona görə də istərdim ki , İmişli rayon Məhkəməsinin hakimi Ülvi Qəmbərovun üz qaralığı gətirən əməllərini ictimailəşdirəsiniz ki , bu şəxsin belə bir iyrənc əməlləri ilə bağlı hər kəs xəbərdar olsun .

Hörmətlə,
İmişli rayonu Xoşcabanlı kənd sakini Hümbətova Yenigül Yusif qızı
Tel:Mob: 050 – 641 – 54 – 27


Qaynarxett.az