backend

ASİF AGAYEVİ mal-qara bazarının müdir QƏHRƏMAN QƏHRƏMANOVLA hansı tellər baglayır? - Beyləqanda narazılıqlar pik həddə...



Beyləqandan Qaynarxett.az-a daxil olan məlumata görə rayonun mal-qara bazarı ilə bağlı narazılıqlar günü-gündən artmaqda davam edir. Belə ki, Beyləqan-Ağcabədi yolunun üstündə yerləşən mal-qara bazarı yeni prezident tərəfindən bu yaxınlarda açılan Mingəçevir-Bəhrəmtəpə magistralının üstündə yerləşir. Saytımıza verilən məlumata görə həftədə bir dəfə fəaliyyət göstərən mal-qara bazarında həmin günü Mingəçevir-Bəhrəmtəpə magistralı pis vəziyyətə düşür.

Belə ki, kəndlərdən və fermalardan mal-qoyunları gətirən ağır tonnajlı avtomobillər və traktorlar magistal yolu zədələyilər. Aldığımız məlumatda qeyd edilir ki, mal-qara bazarının Mingəçevir-Bəhrəmtəpə yoluna verdiyi fəsadlara görə dəfələrlə “Azəravtyol” ASC-nin regional idarəsi aidiyyatı qurumlara müraciət edərək bazarın yerinin dəyişdirilməsi ilə bağlı təkliflər etsədə heç bir nəticəsi olmayıb. Bunun səbəbi isə mal-qara bazaının müdiri Qəhrəman Qəhrəmanovun Beyləqan icra başşçıları ilə anlaşmasdır. İddiaya görə həftədə 5-7 min manat arası qazanc əldə edən və dövlətdən qazancını gizlədən Qəhrəman Qəhrəmanov sabiq başçı Vaqif Abdullayevədə aylıq hesab verirdi. Mənbənin bildirdiyinə görə indi isə iş adamının yeni başçı Asif Ağayevlədə anlaşdığı və buna görədə heç nədən çəkinmədən, dövlətin milyonlarla manat xərc çəkib çəkdiyi magistralı yolun belə dağılmasından zərrə qədərdə narahat deyil. Beyləqandan daxil olan digər məlumatda isə vurğulanır ki, başçı Asif Ağayev rayonun abadlaşdırılması üçün bəzi işlərin maliyyə xərclərini iş adamı Qəhrəman Qəhrəmanovun “boynuna” qoyub.

“Fasbook” sosial şəbəkəsində “Beyləqan xəbər” adlı qrupun yaydığı məlumata görə isə artıq rayonda həyata keçirilən abadlıq, quruculuq və tikinti işləri mal-qara bazarının müdiri Qəhrəman Qəhrəmaova həvalə edilib. Belə ki, icra başçısı Asif Ağayevlə çox yaxın münasibətlər yaradan Qəhrəman Qəhrəmanov artıq rayonda ciddi söz sahibinə çevrilib.
Beylqəan şəhərində vətəndaşlar üçün bina tikintisi tenderinin qalibi də Qəhrəman Qəhrəmaova məxsus şirkət elan edilib. Artıq binanın bünövrəsi qoylub və tikintiyə hazırlıq gedir.
Bildirək ki, bu ilin fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Beyləqana səfəri zaman Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1 milyon manat ayırması barədə sərəncam imzalayıb. Məhz həmin sərəncama uyğun olaraq artıq Beyləqan şəhər mərkəzində abadlıq quruculuq işləri və 36 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. Hər iki işlə bağlı keçirilən tenderin qalibi isə başçının “sağ əli” sayılan, Beyləqan mal-qara bazarının müdiri Qəhrəman Qəhərmanovun şirkətləridir.
Sosial şəbəkədə yayılan digər məlumatda isə qeyd edilir ki, icra başçısı Asif Ağayev Qəhrəman Qəhərmanovun evinə köçüb və başçıya bal bazarı müdiri şəxsən özü qulluq edir


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Movzunu diqqət mərkəzində saxlayacagıq.

Qaynarxett.az