backend

Ağsuda seçki saxtalaşdırılıdı – Ayaz Qocamanov nəticələrin ləğvini tələb edir



“87 saylı Ağsu-İsmayıllı dairəsində seçki Vəhdət Partiyasının namizədi Tahir Kərimlinin xeyrinə saxtalaşdırıldı.”Bu barədə Bizimxeber.az-a Ağsudan ən çox səs qazanan gənc namizəd Ayaz Qocamanov bildirib.

Namizəd qeyd edib ki, seçki görünməmiş şəkildə saxtalaşdırılıb: “63 məntəqədə 126 nümayəndə və 10 vəkil seçki prosessini ciddi şəkildə izləyirdi. Səhər saatlarından başlayan karusel və digər planlaşdırılmış oyunlar axşam saatlarına kimi davam etdi. Aşkar formada Tahir Kərimlini birinci çıxartmaq üçün məntəqə sədrləri bütün iyrənc oyuna getdilər.”

Namizəd bildirib ki, seçkinin nəticələrini tanımır və baş verənlərə etiraz edir: ” Nəticələri tanımıram, baş verənlərə etiraz edirəm. İnsanların səsinin qorunması istiqamətində bütün qanuni yollara baş vurulacaq. Mərkəzi Seçki Komissiyasına şikayət edərək haqqımızın bərpa olunmasına çalışacağıq”.

Hazırda son nəticələri gözləyirik.