backend

Biləsuvarlılar Məşğulluq İdarəsinin rəisi Mübariz Mustafayevin əlindən QAN AGLAYIR... - Sahil Babayevin nəzərinə!

Biləsuvarlılar Məşğulluq İdarəsinin rəisi Mübariz Mustafayevin əlindən QAN AGLAYIR... - Sahil Babayevin nəzərinə!

Hər kəsə bəllidir ki, Məşğulluq Mərkəzlərinin fəaliyyətlərinin əsasında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu əsas rol oynayır.

Bu Qanun iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində ərazi məşğulluq proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, əmək bazarında vəziyyəti öyrənməklə iş qüvvəsinə olan tələb və təkliflərin təhlilini, əmək ehtiyatlarına, iş qüvvəsinin hərəkətinə dair proqnozlar hazırlanmasını, təklif verilməsini, iş axtaran və işsiz vətəndaşların qeydə alınmasını, onların münasib işlə təmin olunmalarını, müəssisə və təşkilatlarda​ kvotaya uyğun olaraq müəyyən olunmuş xüsusi iş yerləri hesabına sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsini, əhalinin məşğulluğuna dair statistik hesabatları hazırlayıb müəyyən edilmiş müddətlərdə şəhər, rayon statistika idarələrinə və Dövlət Məşğulluq xidmətinə təqdim olunmasını və s. təşkil edir.

Yəni, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu əsas prinsipləri, məhz daha çox sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsini yaxşılaşdırmaq durur. Biləsuvar​ rayon​ Məşğulluq​ Mərkəzindəki mövcud vəziyyət haqda məlumatları qaynarxett.az saytına çatdıran mənbə ​ bildirir ki, “Mərkəzin rəisi Mübariz Mustafayev əksər vaxtlarda işə gəlmir. İdarədə olan "xüsusi adamlar" isə kim onlara xeyir verərsə, o halda giriş qapılarını açırlar. Kim də ki, xeyr verməzsə, giriş qapıları həmin şəxsin üzünə bağlı qalır. Mərkəzin həmin "xüsusi adamlar"ı rayonda vəzifə sahibi olan şəxslərin yaxın qohumlarını işsiz kimi qeydə salırlar və onların 190 AZN-i almalarına imkan yaradırlar. Amma elə imkansız şəxslər var ki, onlar dövlətimizin belə bir köməkliyindən heç cür yararlana bilmirlər”.

​ ​ ​ ​ Ümumiyyətlə, qaynarxett.az saytına daxil olan məlumatları əsas tutub belə bir qənaətə gəlmək olar ki, mərkəzdə bu kimi eybəcər idarəçiliyin əmələ gəlməsinə əsas səbəb, birbaşa “islahatçı” Sahil Babayevə xəyanət etmək qərarı verən Biləsuvar rayon​ Məşğulluq​ İdarəsinin rəisi Mübariz Mustafayevin özbaşınalığı və yaratmış olduğu şəraitin varlığıdır. Faciəli hal odur ki, bu cür eybəcər mənzərənin varlığı təkcə şəhərdə deyil, həmçinin rayonun kəndlərində də tüğyan etdiyi bildirilir.

Mənbə həmmcinin bildirir ki, hazırda Məşğulluq İdarəsinin rəisi işləyən Mübariz Mustafayev qanunsuz əməllərinə görə sabiq nazir Səlim Müslümov tərəfindən işdən qovulsa da Sahil Babayevin gəlişindən sonra onunla dil taparaq yenidən “etimad” qazanıb.

Bu yöndə araşdırmamız davam edəcək.




Qaynarxett.az