"Şou ATV" verilişinin qonağı olan Əlikram Bayramov mart ayından bəri Biləsuvar rayonunda olduğunu və təsərrüfat işləri ilə məşğul olduğunu deyib.Yenisabah.az xəbər verir ki, sənətçi Biləsuvarda ferma açmasında bəhs edib:
"Martdan bu yana Biləsuvara getmişəm. Orada qalırdım. Ot biçir, mal-qara saxlayırdım. Orada fermam var. Dörd inək, dörd balası. 30-dan çox toyuğum var. Taxıl, üzüm sahəm var. qardaşımın arvadı baxır".