backend

HHQ-miz Ağdam və Ağdərə istiqamətində düşmənin 3 tankını və dayaq məntəqələrini məhv etdi - Rəsmi

Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.