backend

Çavuşoğlu Azərbaycanı təbrik etdi

“Qardaş Azərbaycanın Dövlət Bayrağı Günü mübarək olsun!"
Bu sözlərlə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter"də Azərbaycan xalqını "Bayraq günü" münasibətilə təbrik edib:

"Qəhrəman Ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”.