backend

Xalq artistinin oğlu İkinci Fəxri Xiyabanda DƏFN EDİLƏCƏK

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Əli Nurun oğlu İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə "Ölkə.Az"-a teatrın truppa müdiri Elnur Məmmədov məlumat verib:
"Dəfn mərasimi yaxın saatlarda başlamalıdır. Ancaq dəqiq vaxtı biz də bilmirik. Çünki cənazə hələ yoldadır".
Qeyd edək ki, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə noyabrdın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.