backend

Antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır - AÇIQLAMA

“Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır”.
Oxu.az məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
H.Harmancı qeyd edib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını məhdudlaşdırmalıdır:
“Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”.