backend

Məhbusun həyatı təhlükədədir

Məhbusun  həyatı  təhlükədədir














12 sayli cəzaçəkmə müəssəsindən şikayət

qaynarxett.az – nun elektron poçtuna 12 saylı cəzaçəkmə müəssisəsindən Cəbiyev Rəfail İnkişaf oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayət ərizəsində deyilir:

“ Sizə bildirirəm ki, 12 sayli cəzaçəkmə müəssəsində cəza çəkən məhbusların yemekləri kefiyyətsizdir. Dövlət tərəfindən ayrılan vəsait mənimsənilir. Türmə rəisi burda nizam - intizam yaratmaq əvəzinə müəssisəni şəxsi obyektinə çevirib. Noyabrın 1-də şikayət ərizəsi yazdım. Müəssənin rəis müavini Qaçay müəllim məni çağırıb hədə-qorxu gələrək bildirdi ki, sənin gününü qara edəcəm və ərizəmi çırıb atdı. İki gündən sonra Qaçay və köməkçisi Babək müəllim məni çağırıb, heç bir müqavimət göstərmədiyim halda, məni amansızcasına döydülər. Həmin gündən mənimlə düşmənçilik edirlər və bir neçə məhbus tərəfindən həyatım təhlükədədir. Ümüdüm sizədir. Xahiş edirəm mənim bu halımı aidiyyatı qurumlara çatdırasınız.”