backend

Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb

Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədi ilə noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı. (report)