backend

Qazaxda yol nişanlarında “yenilik”

Qazaxda yol nişanlarında “yenilik”














27 Saylı Qazax Yol İstismar İdarəsinin müdiri Həsən Hadıyev kimə arxalanır?

Qazax rayon ərazisindəki yolların bərbad olması haqqında dəfələrlə mətbuat səhifələrində silsilə yazıların getməsinə baxmayaraq buna məhəl qoyan tapılmır. İstər rayon rəhbərliyi, istərsə də aidiyyəti vəzifə sahibləri öz “keflərindədirlər”. Rayon əhalisi də belə laqeydsizliyə məəttəl qalıb. Məsələ burasındadır ki, 27 Saylı Qazax Yol İstismar İdarəsinin müdiri Həsən Hadıyev “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanovun yaxın qohumudur. Yəni, nənələri xala uşağıdır. Bu səbəbdən Həsən Hadıyevin Cavid Qurbanovdan “beli bərk” olduğu üçün müdiri olduğu idarəni “özününküləşdirib”. O heç rayonda rəhbər şəxsləri belə saya almır. Asfaltda açılmış böyük bir çuxura təhlükəsizlik naminə ağac sancıblar ki, maşınlar qəzaya uğramasın. Onu da qeyd edək ki, bəlkə də bu yoldan rayon rəhbərliyinin məsul şəxsləri gün ərzində 4-5 dəfə keçir. Lakin buna fikir verən yoxdur. Bəlkə də gözləyirlər ki, həmin yerdə qəza baş versin?

Mübariz