backend

Qazaxda məktəbi ticarət mərkəzinə çevirirlər - Video

Qazaxda məktəbi ticarət mərkəzinə çevirirlər - Video















Rayon 5 saylı orta məktəbi ticarət mərkəzinə çevirməkdə Qazax Rayon İcra Hakimiyyətinin də böyük rolu var

Keçən sayımızda Qazax rayonunda təhsil sisteminin acınacaqlı vəziyyətdə olduğundan bəhs etmişdik. Qeyd etmişdik ki, rayonda keçmiş təhsil şöbəsinin müdiri Mahir Vəliyevin dövründə az-çox təhsil adında nə vardısa, onu da hazırkı təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev pis bir sonluqla yekunlaşdırıb. Əhməd Dərgahquliyev təhsilin inkişafından başqa pis nə varsa, hamısını Qazaxda təhsilə gətirib. Məsələn, şagirdlər dərsdə qumar oynamırdı, onu da edirlər. Bu şəxs elə ki, Qazax rayon Təhsil şöbəsinin müdiri oldu, bütün orta məktəblərin həyətində, ərazisində “butka” qoydurmağa, məktəb ərazilərini özününküləşdirməyə başlayıb. Yüngül tərzli müəllimələrdən hər üzünə istifadə edən Əhməd müəllim sonradan onları özünə “ajans” kimi işlədir. Bununla da təhsil qıraqda qalır. Şagirdləri, onların valideynlərini məktəb direktorlarının xətti ilə məcbur edərək, özünün “budka”larında məktəb ləvazimatları aldırır. Məktəbli formalarını məcburi qaydada satdırıb narazılıq yaradır.

Təlim-tədris adına heç nə bilməyən Əhməd Dərgahquliyev özünün möhtəkir qaydalarından kənara çıxmır. Rayonun bütün məktəb direktorlarından rüşvət alıb onlara aylıq haqq qoyub. Şəhər məktəb direktorlarından 6 min manat, kənd orta məktəbinin rəhbər şəxslərindən 4 min manat rüşvət alan Əhməd Dərgahquliyev sonradan başqa qaranlıq əməliyyatlara da qol qoyub. Məsələn, müəllimlərin maaşının hesablanma qaydasını ikili sənədlərlə həyata keçirir. Vedmostda müəllimlərin məvaciblərini bir qaydada, digər vedmostda fərqli qaydada hesablatdırır. Satınalmalar üzrə Dövlət Komitəsinin xətti ilə tenderlərdə özünün firmaları iştirak edərək, rayon məktəblərinə alınan stol, stul, parta, kovralit və digər avadanlıqlar üçün milyon manatlar qazanır. Müəllimlərin sanatoriyada, məzuniyyətdə, analıq məzuniyyətində olduqları halda onlara əmək haqqı yazdıraraq mənimsəyir.

Biz həmin yazıda Qazax rayonunda kənd məktəblərinin hansi vəziyyətdə olduğunu əks etdirən bir neçə şəkilləri də oxuculara təqdim etmişdik. Bu sayımızda isə Qazax şəhər 5 saylı orta məktəbini “ticarət mərkəzinə” çevrilməsi barədə Qaynar.tv – nin videosunu sizə təqdim edirik. Qeyd edək ki, məktəbi ticarət mərkəzinə çevirməkdə Qazax rayon icra hakimiyyətinin də böyük rolu var. Araşdırmamız davam edir.