backend

Ayaz Əskərov Qazaxda gestapo rejimi yaradıb - MÜRACİƏT

Ayaz Əskərov Qazaxda gestapo rejimi yaradıb - MÜRACİƏT
















Rayonun “Su-15” ərazisində yerləşən orta məktəbin qarşısındakı təxminən 1 hektara yaxın torpaq sahələri qısa müddət ərzində satılaraq mənimsənilib

“Cənab Prezident! Son zamanlar Qazax rayonunda məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və qanunsuzluqlar dözülməz həddə çatıb. Rayon icra başçısı Ayaz Əsgərovun yarıtmaz fəaliyyəti əhali arasında narazılıqlar yaradıb. Rayonda ciddi sosial-iqtisadi problemlər höküm sürür. Tam məsuliyyətlə demək olar ki, bütün idarə, müəssisə və təşkilatların fəaliyyətində və maliyyə-təsərrüfat işlərində ciddi qanun pozuntuları mövcuddur. Əsasən rayonun sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində ayrılan vəsaitin çox hissəsi mənimsənilir”.
Bu fikirlər Qazax rayonu,Kosalar kənd sakini Rzayev Mubariz Qurban oğlunun Prezidenti İlham Əliyevə olan müraciətindəndir. Müraciətin surətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev başda olmaqla, bir sıra dövlət qurumlarının rəhbərlərinə və “qaynarxett.az-ya” göndərən Rzayev Mubariz bildirir ki, icra başçısı Ayaz Əsgərovun bilavasitə rəhbərliyi altında həyata keçirilən qanunsuzluqlar, özbaşınalıqlar, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və korrupsiya halları rayonda ciddi sosial gərginliyə zəmin yaradır. Məktubda daha sonra deyilir:
“Cənab Prezident! Əldə etdiyim digər məlumata görə, Qazax rayon icra başçısı Ayaz Əsgərov, torpaq şöbəsinin müdiri Sərxan Nəbiyev və digər bir neçə vəzifəli şəxs “torpaq islahatı” adı altında rayonun strateji əhəmiyyətli torpaq sahələrini qazanc əldə etmək məqsədilə iş adamlarına satmaqla məşğuldurlar. Rayonun “Su-15” ərazisində yerləşən orta məktəbin qarşısındakı təxminən 1 hektara yaxın torpaq sahəsi qısa müddət ərzində satılaraq mənimsənilib. Hazırda həmin yerlərdə çoxsaylı ticarət obyektlərinin tikintisi həyata keçirilir. Həmin ərazidə olan çoxillik müxtəlif növ ağaclar qəddarcasına məhv edildi. Bu isə əhali arasında ciddi söz-söhbətlər və narazılıqlar yaradır.
İcra başçısının rəhbərliyi altında Qazaxda sözün həqiqi mənasında “gestapo” rejimi yaradılıb. Bu barədə dəfələrlə ölkə mətbuatında geniş yazılar dərc olunub və olunur. Lakin aidiyyatı qurumlar həmin vəzifəlilərin qanunazidd və özbaşına hərəkətlərini ört-basdır etməyə çalışır və bu da rayonda toxunulmazlıq ab-havası yaradır. Baş verənlərlə bağlı müvafiq təbirlər həyata keçirməli olan həmin qurumlar əslində hərəkətsizdirlər. Həmçinin Qazax bölgəsindəki bu arzuolunmaz durum barədə Sizlərə doğru-düzgün məlumat verməli olan vəzifəli şəxslər də prosesləri nədənsə ört-basdır edirlər. Bu da cəmiyyətdə vətəndaş-hakimiyyət münasibətlərinə zərbə vumaqla bərabər, cəmiyyətdə inamsızlıq yaradır.
Cənab Prezident! Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Sizdən xahiş edirəm ki, bu müraciətimin şəxsi nəzarətiniz altında ciddi araşdırılması üçün xüsusu komissiya yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verən vəzifəli şəxslər barədə ciddi şəkildə qanuna müvafiq tədbirlərin həyata keçirilməsindən ötrü aidiyyati qrumların rəhbərlərinə göstəriş verəsiniz.
Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm!”