backend

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev məni aldadır- Qazi ŞİKAYƏTİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Birinci
Vitse-Prezidenti xanım Mehriban Əliyevaya
Surəti: Baş Nazir cənab Əli Əsədova
Surəti: Milli Məclisin sədri xanım Sahibə Qafarovaya
Surəti: İnsan Hüquqları Üzrə Müvəkkil xanım Səbinə Əliyevaya
Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə
Surəti: Kütləvi İnformasiya Vasitələrinə
Cahangirov İlqar Əlsafa oğlu tərəfindən
Ünvan: Bakı şəh., Abşeron ray., Məhəmmədi kəndi
Bakı yaşayış kompleksi bina 4 mənzil 124
Mobil: 050 232 88 71 və 050 228 28 33
E-mail: ilqarcahangirov@mail.ru
/ Ali Baş Komandanın adından yalan vədlər verən Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin hüquqlarımı pozmasına dair /
ŞİKAYƏT ƏRİZƏSİ
Möhtərəm cənab Prezident!
Hörmətli Rəhbərlər!
Hörmətli Media Nümayəndələri!
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Çox sayda
medallarla təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ
müharibəsinin iştirakçısı olub, anam qəhrəman ana adını alıb, bir qardaşım birinci
Qarabağ döyüşlərində yaralanıb ömürlük 2-ci qrup əlildir və digər qardaşım isə
birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə Vətənimizə və
Dövlətimizə bağlı şəxslərik.
Mən 22 sentyabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini Hidayət Abdullayevin qəbulunda olmuşam. Nazir müavini
mənim bütün problemlərimi bir-bir diqqətlə dinləyib, ailə vəziyyətim barədə
kifayət qədər məlumat əldə edib. Mənim və ailəmin Vətənə və Dövlətə necə bağlı
olduğumuzun və cənab Ali Baş Komandan İlham Əliyevin siyasi kursuna necə
bağlı olub dəstəklədiyimizin şəxsən şahidi olub. Nazir müavini Hidayət
Abdullayev, görüş zamanı məni şəxsən dəstəklədiyini bildirərək, söylədi ki, sizin
kimi şəxslərin hər zaman yanındayıq və sizin problemləriniz dekabr ayının sonuna
Səhifə 2
qədər mütləq öz həllini tapacaq.
Nazir müavini Hidayət Abdullayev mənə söz verib arxayın etdiyi üçün mən də
səbr edib gözlədim. 2023-cü ilin dekabr ayında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə yaxınlaşıb söylədim ki, cənab nazir müavini Hidayət
Abdullayevin problemlərimin həlli ilə bağlı tapşırığı var. Lakin Nazirliyin
əməkdaşları mənə bildirdilər ki, sistemdə sizinlə bağlı heç bir məlumat yoxdur.
Hətta mənim, nazir müavininin qəbulunda olmağlımla bağlı belə sistemdə heç bir
məlumat yox idi.
Belə ki, nazir müavini Hidayət Abdullayev qəbulda mənimlə danışarkən cənab
Ali Baş Komandanın və nazir Sahil Babayevin adından mənə söyləyib ki, biz
onların tapşırığı ilə sizin problemlərinizi mütləq həll edəcəyik. Lakin cənab
Prezidentin və nazirin adından sui-istifadə edən nazir müavini Hidayət Abdullayev
verdiyi sözü unutdu. Mənə dekabr ayında söz vermişdi, indi isə fevralın sonudur.
İndi heç onun qəbuluna belə düşə bilmirəm. Hətta nazir müavini ilə görüşdə təkidlə
mənə 200 manat maddi yardım da etdilər ki, müvəqqəti olaraq kiçik problemlərini
həll et.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin bu
hərəkətləri məni mənəvi olaraq sarsıltmış və mən hazırda psixiatrik müalicə alıram
ki, intihar etməyim. Bu gün nazir Sahil Babayev və onun müavini Hidayət
Abdullayev, cənab Ali Baş Komandanın siyasi kursuna sadiq olan, Vətən yolunda
canını verib əlil olmuş bir qazini, Ali Baş Komandanın adından yalan vədlər
verərək intihar həddinə çatdırıb. Mən cənab nazir Sahil Babayevə səslənərək xahiş
edirəm ki, məni şəxsən qəbul etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən xahiş edirəm ki, məni nazirin qəbuluna yazıb görüşün vaxtı barədə
mənə məlumat verəsiniz.
Mən, müraciətimin başlığında cənab Ali Baş Komandana müraciət etsəm də
bilirəm ki, mənim bu müraciətimi Prezident Administrasiyasının məktublar
şöbəsində kimsə oxuyub atacaq bir kənara. Ona görə də doğru-düzgün fəaliyyət
göstərən media nümayəndələrindən xahiş edirəm, mənim bu müraciətimi saytlarda
dərc etsinlər ki, bəlkə müraciətimin ictimailəşməsi nəticəsində səsim cənab
Prezidentə və Birinci Vitse-Prezidentə çatar. Əlavə olaraq onu da qeyd etmək
istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət
Abdullayevin mənə qarşı etdiyi bu haqsızlığa qarşı dinc etiraz aksiyasına icazə
verilməsi üçün 26.02.2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı
cənab Eldar Əziz oğlu Əzizova ərizə ilə müraciət etmişəm. Dinc etiraz aksiyasının
yeri və vaxtı barəsində bütün media nümayəndələrinə öncədən məlumat
verəcəyəm.
İmza: İlqar Cahangirov