backend

SOCAR-ın nizamnaməsində dəyişikliklər edildi

SOCAR-ın nizamnaməsində dəyişikliklər edildi
























İlham Əliyev fərman imzaladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nizamnaməsində dəyişikliklər edilib.

qaynarxett.az xəbər verir ki, bu barədə İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, şirkət illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edəcək.

Bundan başqa, SOCAR birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirəcək.

Hesabat dövrü ərzində şirkət və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda Maliyyə Nazirliyinə təqdim edəcək.