backend

Hamilə qadını boşamaq olarmı?

Hamilə qadını boşamaq olarmı?




























Nüsrət Hüseynov

AZE Hüquq Şirkəti
Hüquq məsləhətçisi
(+99450) 455 45 00
nusret_huseynov90@mail.ru


Sual: Mən iki ildir ki evliyəm, 2 aylıq bir uşağım var. Lakin hazırda boşanmaq istəyirəm. Amma mənə bildirdilər ki, belə şəraitdə boşana bilməzsiniz. Xahiş edirəm, cavab verəsiniz ki, bu nə dərəcədə düzgündü?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qanunun bu tələbinin mənasına görə, ailədə birgə nikahdan doğulmuş uşağın 1 yaşı tamam olmamış ərin arvada qarşı nikahın pozulmasına dair iddiasına baxılmır. Lakin uşağın 1 yaşı tamam olmamış və ya hamilə qadın ərə qarşı nikahın pozulmasına dair iddia qaldıra bilər.