backend

23 şəhid ailəsi himayəyə götürüldü

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin (AHİK) 22 fevral 2021-ci il tarixli qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülüb. 
AHİK-dən verilən məlumata görə, bununla da himayəyə götürülmüş şəhid ailələrinin ümumi sayı 139-a çatıb.
Qeyd edək ki, AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar.