backend

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO






















“Mane olmasalar, namizədliyimi verəcəm”

2015 dördüncü çağırış Milli Məclisin son ilidir.

qaynarxett.az xəbər verir ki, Modern.az saytı ayrı-ayrı deputatlardan ötən müddət ərzində öz seçki platformalarını necə yerinə yetirdiklərinə dair rəy öyrənib.

Qeyd edək ki, bütün deputatların bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.

İlk olaraq Rövşən Rzayev, İlyas İsmayılov, Tahir Rzayev, Flora Qasımova və Aqil Abbasla əlaqə saxladıq.

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO






















101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev növbəti parlament seçkilərinə namizədliyini verənlər sırasında olacaq.

“4 il müddətində nə bacarmışamsa, onu da etmişəm. Seçicilərimlə mütəmadi olaraq görüşürəm. Qanun çərçivəsində nə mümükündürsə, onu da edirəm. Üç dəfə Göygöl rayonundan deputat seçilmişəm. Digər rayonlarda olan problemləri görmüşəm. Dövlət tərəfindən regionların inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Ona görə də düşünürəm ki, ötən 4 il ərzində elə bir yarımçıq qalan məsələ yoxdur. Mənim üçün millət vəkili olmaq böyük şərəfdir. Əgər seçicilərim növbəti dəfə məni seçmək istəsələr, namizədliyimi irəli sürəcəm”.

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO






















106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçilmiş deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovun dediyinə görə maneçilik törədənlər olmasa, namizədliyini yenidən irəli sürəcək:

“Mən deputat seçilməzdən öncə Milli Məclisin funksiyasından danışmışam. Seçicilərə demişəm ki, hansı namizəd öz funksiyasını yerinə yetirə bilərsə, onu da seçin. Deputatın vədi o ola bilər ki, seçicilərin sözlərini lazmı yerlərə çatdırmaqda yardımçı olsun. Bunların da hamısını etmişəm. Mənim təşəbbüsümlə bir neçə məktəb tikilib. Mənim xahişimlə Tovuzun sement zavoduna cənab prezident pul ayırdı. Belə işlər saymaqla qurtarmaz. Növbəti dəfə deputat seçilməyimə gəlincə, bu məsələ çox işlərdən asılıdır. Seçicilərimin mənə olan münasibətini görürəm. Əgər mənə maneçilik törətməsələr, neçə il desəniz ard-arda deputat seçilə bilərəm. Maneçilik törətsələr, danışmağın nə mənası var”.

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO




















82 saylı Ağcabədi seçki dairəsindən seçilmiş deputat Tahir Rzayev Yeni Azərbaycan Partiyasından etimad göstərilərsə, seçkilərə qatılacaq

“Bəzi deputatlar vəd verirlər ki, “biz seçilsək, filan kənddə bu işi görəcəyik, tez-tez sizin yanınızda olacağıq, bütün işlərinizi yerinə yetirəcəyik”. Onların çoxunu inkar edirəm. Ona görə ki, deputatın birinci vəzifəsi qanunvericiliklə məşğul olmaqdır. Seçicilərimlə tez-tez görüşürəm. Bir də görürüsən ki, filan seçici deyir ki, “mənim çəpərim uçub, suyum gəlmir, qonşu ilə dalaşmışam, amma iş həll olunmur” və sairə.

Elə məsələlər qaldırırlar ki, düzü cavab vermək olmur. İzah etsək də, seçici deyir ki, “filan deputat filankəsə qənd paylayıb, nə bilim, seçicisinə yardım göstərib”. Demək istəyirəm ki, bunlar deputatın vəzifəsi deyil. Deputatın vəzifəsi seçicilərin qaldırdığı məsələləri aidiyyatı olan qurumlara çatdırmaqdır. Deputat yol təmizləməli deyil. Müəyyən məişət məsələlərini həll edən deyil. Deputatın vəzifəsi qanunvericilik prosesində fəal iştirak etmək, beynəlxalq aləmdə Azərbaycanı təmsil etmək, ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildirməkdir. Çox təəssüflər olsun ki, bəzi deputatlar müəyyən vədlər verməklə millət vəkili haqqında mənfi fikirlər formalaşdırır. 3 dəfə deputat seçilmişəm. Mənim namizədliyimi YAP irəli sürüb. Hakim partiyanın üzvüyəm. Partiyamızın Nizamnamə prinsiplərinə əməl edən adamam. Sona kimi də buna əməl edəcəm. Əgər YAP məni layiq bilib namizədliyimi irəli sürərsə, növbəti parlament seçkilərinə qatılacam. YAP mənə etimad göstərməsə, seçkilərə gedən deyiləm”.

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO
























122 saylı Xankəndi seçki dairəsinin deputat Flora Qasımova növbəti dəfə namizədliyini verib-verməməsi haqqında danışmağın tez olduğunu düşünür. “5 il bundan qabaq deputat platformamda nəzərdə tutduğum, seçicilərə verdiyim vədlərin hamısını yerinə yetirmişəm. Bircə yerinə yetirmədiyim iş Xankəndi icra strukturunun yaradılmasına nail ola bilməməyimdir. Növbəti parlament seçkilərinə qatılıb-qatılmayacağımı hələ müəyyənləşdirməmişəm”.

Yenidən deputat olmaq istəyən millət vəkillərimiz – FOTO























83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən seçilmiş deputat Aqil Abbas isə seçicilərlə görüşün işıqlandırılmasının əleyhinədir.

“Mən nə vəd vermişəmsə, hamısını yerinə yetirmişəm. Əvvəla, deputat vəd vermir. Vəd o ola bilər ki “Günəşə, Marsa uçacağıq, Obamanın yerinə gedib Amerikanı alacağıq”. Belə vədlər verməmişəm. 2 dəfə deputat seçilmişəm, amma vəd verməmişəm. Sadəcə olaraq demişəm ki, imkanım daxilində, gücüm çatan işlərlə məşğul olacam. Seçicilərim də məndən narazı deyillər. Onlar növbəti ildə səs verməsələr, hər şey bitər. Bəlkə heç deputatlığa namizədliyimi vermədim. Onu bilmək olmaz. İnanmıram hansısa deputat vəd versin. Sizə bir söz deyim. “Deputat filan qədər maaş alır” yazan jurnalistin ağlı yerində deyil. Jurnalist Seymur Verdizadə yazır ki “Deputatlar hovuzda çimir, seçiciləri borc içindədir”. Deputatlar hovuzda çimmir. Deputatlar seçicilərinin dərdinin içində çimir. Sadəcə, Seymur Verdizadənin xəbəri yoxdur.
Gecə saatlarına qədər seçicilərim mənə zəng edir. Birinin uşağı xəstədir, birinin başqa problemi var. İnsanlar bilmir ki, deputatın saatı yoxdur. Elə bilirlər ki, deputat iclasa getdi, onunla da iş bitdi.

Seymur Verdizadəyə deyin ki, hovuzda çimmirəm. Əvvəllər çimirdim indi çimə bilmirəm. Hörmət elədiyim jurnalistdir. Deputat hovuzda çimməli deyil?! Gölməçədə çimməlidir?! Deputatlara bu cür münasibət bəsləyən jurnalistlərin dünyadan xəbəri yoxdur. 125 deputatdan 100-ü aldığı maaşı evinə apara bilirsə, Aallah mənə lənət eləsin. Növbəti parlament seçkilərinə hələ 8-9 ay qalır. Seçicilərim istəsə namizədliyimi verəcəm, istəməsələr verməyəcəm. Ağcabədi camaatı məni istəmirsə, niyə özümü onlara sırımalıyam?.. İndiyə kimi nə iş görmüşəmsə, bir dəfə də olsun onu mətbuatda işıqlandırmamışam. Heç kəs deyə bilməz ki, Aqil Abbas öz qəzetində yazıb ki, seçiciləri ilə görüşüb, hərbi hissədə olub. Bu mənim vəzifəmdir, amma hər görüşü işıqlandırmaq vəzifəm deyil”.