backend

Rusiyada azərbaycanlı yeniyetməni zorlamaqda şübhəli bilinir

Rusiyada azərbaycanlı yeniyetməni zorlamaqda şübhəli bilinir






















Cinayət işi açılıb

Volqoqradda Azərbaycandan olan 24 yaşlı miqrant 16 yaşlı yeniyetməni zorlamaqda şübhəli bilinir.

qaynarxett.az-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, Rusiya DİN-nin Volqoqrad bölgəsi üzrə İdarəsindən bildirilib ki, insident Milad bayramı öncəsi Volqoqradın Traktorozavod rayonunda baş verib. 16 yaşlı yeniyetmə şəhərdə olub. Kafedə şam yeməyindən sonra o, evə yollanıb. Batova küçəsində o, sərxoş halda olan 3 nəfərə rast gəlib. Gənclər yeniyetməni döyməyə başlayıb. Onlar əməlini yeniyetmənin “spays” narkotik vasitəsindən (süni marixuana) istifadə etməsi ilə izah ediblər. Sonra iki gənc hadisə yerini tərk edib, üçüncüsü isə yeniyetməni bloka aparıb, onu döyüb və sonra seksual xarakterli zorlama hərəkətlərinə yol verib.

Hadisəni törətməkdə şübhəli bilinən üç şübhəli saxlanılıb və ifadə verirlər. Onlara qarşı cinayət işi açılıb. Yeniyetməni zorlamış 24 yaşlı şəxs əməlini boynuna almır.