backend

Bu tarixdə ucuz maşınlar satışa çıxarılacaq - "Nissan Sunny" 5000 AZN - QİYMƏTLƏR

13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Hərracda 9 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (рüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel: 566-07-44)

13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:

10% beh (manatla)
1Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsiRK “Nauçnıy” gəmisi198640000 4000
2Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti“Elsevər Hüseynov” köməkçi kateri1986
10000

1000


3Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiQAZ-3110-1012003
2500

250


4Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiChevrolet Niva GLC2008
5000

500


5Azərbaycan Respublikası Milli Məclisin İşlər İdarəsiNissan Maxima2007
5500

550


6Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin Tərtər Elektromexanika zavoduKamaz 53213 KS 45721987
3500

350


7Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad UniversitetiNissan Sunny2006
5000

500


8Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad UniversitetiNissan Maxima2005
6000

600


9Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad UniversitetiNissan Sunny2006
5000

500