backend

Avropa nazirləri terrorizmə qarşı müharibə elan edəcək

Avropa nazirləri terrorizmə qarşı müharibə elan edəcək






















Qərar Paris terroru ilə bağlı qəbul olunub

Avropa Birliyinin (AB) Xarici məsələlər və siyasi təhlükəsizlik üzrə nümayəndəsi Federika Moqerini birliyin üzv dövlətlərinin XİN başçılarının yanvarın 19-da Brüsseldə keçiriləcək iclasının gündəliyinə terrorizmlə mübarizə məsələsini daxil edib.

qaynarxett.az-nun məlumatına görə AB-nin xarici siyasət idarəsindən TASS-a bildirilib ki, müvafiq qərar Parisdə yanvarın 7-də törədilmiş terror aktı ilə bağlı qəbul olunub.

İclas öncəsi Moqerini cümə günü Brüsseldə terrorizmlə mübarizə üzrə avropalı koordinator Jil de Kerşofla görüş keçirəcək.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Fransada üçgünlük matəm elan olunub.