backend

İŞİD hakerləri ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter”ini dağıtdı

İŞİD hakerləri ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter”ini dağıtdı






















“Amerika əsgərləri, biz gəlirik”

ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter” sosial şəbəkəsindəki bloqu dağıdılıb.

qaynarxett.az-nun Lenta.ru-ya istinadən verdiyi məlumata görə, səhifəni dağıdan xakerlər bunu “İŞİD”-in adından etdiklərini bildiriblər.

Səhifədə təhdidlərlə dolu bəyanatlar dərc edilib. Bəyanatların birində “Amerika əsgərlirə, biz gəlirik” deyilir.

Bundan əlavə, xakerlər hərbi qulluqçuların adları və telefon nömrələri, habelə komandanlığın xəritəsini bloqda yerləşdiriblər. Hazırda dağıdılmış bloqun fəaliyyəti dayandırılıb.