backend

Arif Quliyevin qızı: “Atamın vəziyyəti ağır olaraq qalır”

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son vəziyyəti açıqlanıb.
Xalq artsitinin qızı Günel Quliyeva “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, - o deyib.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.